Ucarda DƏHŞƏT: - 6 ayın gəlini özünü asdı 5-06-2019, 11:15 Ucar rayonunda 22 yaşlı qadın intihar edib.APA-nın yerli bürosunun məlumatına görə, Qaracallı kənd sakini, 1997-ci il təvəllüdlü Azayeva Pərişan Dağlar qızı özünü həyətdəki alça ağacından asaraq öldürüb. Yaxınlarının bildirdiyinə görə, P. Azayeva 6 ay əvvəl ailə qurub.İntiharın səbəbləri barədə dəqiq məlumat yoxdur.Faktla bağlı araşdırmalara başlanılıb. Facebook-da paylaş