Sürücülər üçün ciddi təhlükə:İşıqfor və yol nişanı görünməz haldadı - VİDEO

5-06-2019, 22:30           
Sürücülər üçün ciddi təhlükə:İşıqfor və yol nişanı görünməz haldadı - VİDEO
Bakıda yol kəsişməsində quraşdırılan işıqfor və yol nişanı görünməz haldadır. Buna səbəb həmin hissədə iri gövdəli ağacın olmasıdır. İşıqforun və nişanın görünməməsi bəzi hallarda sürücülərin qayda pozmasına gətirib çıxarır. Bu halda qayda pozan sürücülər cərimələnməlidirmi ?

İşıqfor və yol nişanı görünməz haldadı. İri gövdəli ağacın yarpaqları həmin nişanları görünməz edib.

Bura Paytaxtın Binəqədi rayonu, Şövkət Məmmədova küçəsinin Süleyman Sani Axundov küçəsi ilə kəsişməsidir.İşıq dirəyinin ağacın gövdəsinə yaxın basdırılması bu mənzərəni yaradıb.

Yol hərəkəti üzrə ekspertlər isə bildirir ki, qaydapozan belə süruculər cərimə edilə bilməz.Cərimə edilən belə sürücülər isə ya yol polisinə yada məhkəməyəmüraciətetməlidir.Əyər həqiqətəndə agac sürücülərüçün problem yardıbsa o zaman yazılan protokollarləğvedilməlidir..

Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirdi ki, həmin problemlə bağlı indiyə qədər birliyə heç bir məlumat daxil olmayıb. Buna baxmayaraq, əraziyə baxış keçiriləcək və problem aradan qaldırılacaq.(Xezerxeber.az)













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru