Ağstafada son iki gündə 13 nəfəri it dişləyib - FOTO

7-06-2019, 07:04           
Ağstafada son iki gündə 13 nəfəri it dişləyib - FOTO
Ağstafa rayonunda son 2 gün ərzində 13 nəfər küçə itlərinin hücumuna məruz qalıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, itdişləmə faktı ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına müraciət edənlərin hamısına tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksin vurulub.

Yerli sakinlər son vaxtlar sahibsiz itlərin sayının artdığını və buna görə, küçələrdə sağlamlıqları üçün təhlükə olduğunu bildiriblər.

Zərərçəkənlərdən biri - Ağstafa rayon sakini Qurban Qurbanovun dediyinə görə, onu it yaşadığı evin qarşısında dişləyib.

"Ətrafdakılar köməklik etdi. İnanın, həmin itin qarşısına uşaq çıxsaydı, onun vəziyyəti daha da ağır ola bilərdi".

Daha bir sakin, Q.Zeynalova isə küçədə 7 itin hücumuna məruz qalıb və itlərdən biri onu da dişləyərək xəsarət yetirib.

Bu cür hallar son zamanlar Ağstafa rayonunda tez-tez baş verir.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.