Baş redaktorun apellyasiya şikayəti təmin edilməyib

7-06-2019, 12:18           
Baş redaktorun apellyasiya şikayəti təmin edilməyib
Bakı Apellyasiya Məhkəməsində "Criminalaz.com" saytının baş redaktoru Anar Məmmədovun barəsindəki hökmdən verdiyi apellyasiya şikayətinə baxılıb.

"Report"un xəbərinə görə, hakim Rizvan Səfərovun sədrlik etdiyi kollegiya şikayəti təmin etməyib, onun barəsindəki hökm dəyişdirilmədən saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Məmmədov barəsində 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib, Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilməklə 2 il sınaq müddətinə cəza təyin olunub.

Qeyd edək ki, A.Məmmədov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.
Qeyd etmək istəyirik ki, 29.05.2019-cu ildə Bakı Apellyasiya Məhkəməsi Teref.info-nunda apelyasiya şikayətinə baxıb və hökmü qüvvədə saxlayıb.
Teref.info və Criminalaz.com saytının ittihamları və məhkəmə hökmləridə eyni idi.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.