Hindistanda terrorçular polislərə hücum edib: 5 ölü, 2 yaralı
13-06-2019, 07:33
Hindistanda terrorçular polis əməkdaşlarına hücum edib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, terrorçuların hücumu nəticəsində 5 polis əməkdaşı həlak olub, bir polis əməkdaşı və bir dinc sakin yaralanıb.
Bildirilir ki, insident Anantnaq dairsində baş verib. Terrorçular polislərin olduğu iki əl qumbarası atdıqdan sonra onları atəşə tutublar.