"Həlimə Əliyeva ilin böyük hissəsini doğma Kələkidə keçirərdi" - Doğmaları

14-06-2019, 16:40           
"Həlimə Əliyeva ilin böyük hissəsini doğma Kələkidə keçirərdi" - Doğmaları
Bu gün Türkiyədə dünyasını dəyişən Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva barədə ölkə ictimaiyyətində az məlumat var.

“Report” bunu nəzərə alaraq Həlimə xanım barədə bəzi məlumatları təqdim edir.

Həlimə Əliyeva 1952-ci ildə Naxçıvanda dünyaya gəlib.

Orta təhsilli Həlimə Əliyeva evdar qadın olub.

1979-cu ildə Əbülfəz Elçibəylə ailə həyatı qurub. Onların bu nikahdan bir qızı və bir oğlu olub: Çilənay və Ərturqut.

Çilənay xanım "Bütöv Azərbaycan Birliyi"nin Mərkəzi Şurasının sədri Aqil Səmədbəyli ilə ailə qurub. Onlar 2012-ci ildən Türkiyədə yaşayır.

Ərturqut Əliyev hazırda Azərbaycanın Fövqəladə Hallar Nazirliyində çalışır, subaydır.

Doğmaları deyir ki, Həlimə Əliyeva son vaxtlarda ilin böyük hissəsini doğma Kələkidə (Naxçıvan) keçirərmiş. Elə Kələkidə də dəfn olunacaq.

Allah rəhmət eləsin!












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.