Bakıda restoranda arvadı ilə dalaşan nazirlik işçisi intihara cəhd edib - O, iki il əvvəl “Tərəqqi” medalı ilə də təltif olunub

14-06-2019, 17:06           
 Bakıda restoranda arvadı ilə dalaşan nazirlik işçisi intihara cəhd edib - O, iki il əvvəl “Tərəqqi” medalı ilə də təltif olunub
Bakıda arvadı ilə mübahisə edən kişi intihara cəhd edib.

“Report” xəbər verir ki, hadisə Binəqədi rayonu, Görədil qəsəbəsində yerləşən “Abşeron Marina” restoranında qeydə alınıb.

Həyat yoldaşı ilə mübahisə edən 41 yaşlı Ü.Həsənov intihar etmək məqsədi ilə sirkə turşusu içib.

Xəstəxanaya yerləşdirilən Ü.Həsənovun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ü.Həsənov nazirliklərdən birinin əməkdaşıdır. O, iki il əvvəl “Tərəqqi” medalı ilə də təltif olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru