Kürdəmirdə yük maşını "Kamaz"a çırpılaraq onu aşırıb - FOTO

15-06-2019, 07:12           
Kürdəmirdə yük maşını "Kamaz"a çırpılaraq onu aşırıb - FOTO
Bakı-Qazax yolunun (170 km) Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində ağır yol qəzası olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, 53 yaşlı Tərtər sakini Bayramov Hümbət İsa oğlunun idarə etdiyi "Kamaz" markalı qoşqulu yük maşını Kürdəmir istiqamətində hərəkətdə olarkən, ona arxadan 43 yaşlı Əsədov Habil Səfər oğlunun sükanı arxasında olduğu "Mercedes" markalı yük maşını çırpılıb.

Nəticədə hər iki sürücü yüngül xəsarət alıb. Onlar əraziyə gələn Kürdəmir RMX-nın Təcili tibbi yardım şöbəsi əməkdaşlarının köməyindən imtina ediblər.

Qəzaya "Mercedes"in sürücüsünün sükan arxasında yatması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru