Gəncədə çay evində qətl törədən şəxsin özü də bıçaqlanıb - FOTO - YENİLƏNİB

16-06-2019, 07:13           
Gəncədə çay evində qətl törədən şəxsin özü də bıçaqlanıb - FOTO - YENİLƏNİB
Gəncədə çay evində baş vermiş qətllə bağlı bəzi məqamlar üzə çıxıb.

APA-nın qərb bürosunun məlumatına görə, qətlə yetirilən Elnur Alıyevi Elçin adlı tanışı qətlə yetirib.

O da məlum olub ki, qarşılıqlı münaqişə zamanı Elçin də bıçaq xəsarəti alıb. O, hadisədən sonra Gəncədəki özəl klinikaların birinə yerləşdirilib.

Digər bir məlumata görə, mərhum E.Alıyev tanınmış kikboks ustası İlqar Alıyevin oğludur.

***

Saat 00:58

Gəncədə qətl törədilib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə H.Əliyev prospektindəki çay evlərinin birində baş verib.

Belə ki, 30-35 yaşlarında olan Elnur Alıyev mübahisə zəminində bıçaqlanıb. O, aldığı xəsarətdən hadisə yerində keçinib.

İlkin məlumata görə, E.Alıyev 1 manat üstündə tanışı ilə aralarında yaranmış mübahisə zamanı bıçaqlanıb. Onu bıçaqlayan şəxs ərazidən yayınıb.

Hadisə yerində polis və prokurorluq əməkdaşları araşdırma aparır. Digər təfərrüatlar dəqiqləşdirilir.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru