Azərbaycanda qadın müəllimə oğurluğa görə həbs edildi

18-06-2019, 07:17           
Azərbaycanda qadın müəllimə oğurluğa görə həbs edildi
Hacıqabulda bacısının külli miqdarda nağd pulunu və qızıl-zinət əşyalarını oğurlayan qadın saxlanılıb. Teref.az APA-ya istinadən məlumatına görə, iyunun 15-də Hacıqabul şəhər sakini Xəyalə Vahid qızı Mənsimova rayon polis şöbəsinə müraciət edərək, yaşadığı Y.Şirəliyev küçəsi-12 ünvanındakı evindən böyük məbləğdə nağd pul və qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Hacıqabul polisi tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Hacıqabul sakini, 1980-ci il təvəllüdlü Günay Vahid qızı Mənsimova saxlanılıb. Məlum olub ki, o, həmin tarixdə gecə saat 2.30-da bacısı ilə birgə yaşadığı evin yataq otağına daxil olaraq, oradan 25 650 manat nağd pul və 9800 manat dəyərində qızıl-zinət əşyaları, ümumilikdə 35 450 manat dəyərində oğurluq edib.Hər iki bacının müəllimə işlədiyi qeyd edilir. G.Mənsimova barəsində CM-nin 177.2.3 və 177.2.4 maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru