DYP Bakıda işıqforların fəaliyyətində yaranmış problemlərlə bağlı sürücülərə müraciət edib

3-07-2019, 13:02           
DYP Bakıda işıqforların fəaliyyətində yaranmış problemlərlə bağlı sürücülərə müraciət edib
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi işıqforların fəaliyyətində yaranmış problemlərlə bağlı sürücülərə müraciət edib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya bildirib ki, paytaxtın bəzi ərazilərində işıqforların işində yaranmış problemlər hərəkət iştirakçılarını çaşdırmamalıdır: “Bizim sürücülərimiz bilir ki, nizamlanan və nizamlanmayan yol ayrıclarında hərəkəti qanunla tənzimlənir. Bu gün işıqforun işləməməsi hərəkət iştirakçıları arasında heç bir çaşqınlıq yaratmamalıdır. Əgər texniki səbəbdən işıqforlar işləmirsə sürücülər həmin ərazidə qoyulmuş yol nişanlarının tələblərinə uyğun hərəkət etməlidir".

V.Əsədov qeyd edib ki, işıqforların işləməməsi bəzi küçə və prospektlərdə tıxacların yaranmasına səbəb olub: "Hazırda yol polisi əməkdaşları həmin ərazilərdə xidmət aparır və nəqliyyatın hərəkətini nizamlamağa çalışır. Yol polisinin göstərişləri hər bir sürücü tərəfindən yerinə yetirilməlidir".

V.Əsədov həmçinin sürücüləri düzgün hərəkət zolağından istifadə etməyə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru