Kosmosdan 84 naməlum siqnal qəbul edilib

4-07-2019, 00:49           
Kosmosdan 84 naməlum siqnal qəbul edilib
Çinin cənub-qərbindəki Quyçjou əyalətindəki apertura ilə işləyən 500 metrlik FAST sferik radioteleskopunda çalışan alimlər onun 2016-cı ildə quraşdırılmasının başa çatmasından ötən üç il ərzində 84 naməlum pulsar (elektromaqnitik radiasiya şüası yayan yüksək maqnitləşmiş böyük sürətlə dönən neytron ulduzu) aşkar ediblər. Sinxua agentliyinin xəbərinə görə, bu məlumatı FAST-ın baş mühəndisi Tszyan Pen verib.

TASS informasiya agentliyi xəbər verir ki, pulsarların şüaları Yer kürəsinə fasilə ilə çatır. Onların müşahidəsi isə qravitasiya şüalanmasının, “qara dəliklərin” və kosmosdakı digər obyektlərin mövcudluğunu təsdiq etmək üçün istifadə olunur. Bu parlaq şüalar yalnız Çində olan 500 metrlik apertura ilə dolu və böyük diametrli FAST radioteleskopu ilə aydın görünür. FAST-ın baş mühəndisi Tszyan Penin sözlərinə görə, onun fəaliyyəti kainatın təkamülünü daha yaxşı öyrənməyə də imkan verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru