Zod körpüsündə dəhşətli qəza - 6 erməni diri-diri yandı-FOTOLAR
6-07-2019, 22:51
Ermənistanda dəhşətli avtomobil qəzası baş verib.
Moderator.az xəbər verir ki, işğalçı ölkə saytlarının yaydığı məlumata görə, bu gün yerli vaxtla saat 15:00 radələrində Ararat mərzində, “Zod körpüsü” deyilən yerdə 3 avtomobil toqquşub və maşınlar alovlanıb. Nəticədə 6 nəfər diri-diri yanıb, 11 nəfər isə ağır xəsarətlər alıb. Ölən və yaralananlar arasında uşaqlar da var.