Kaliforniyada təkrar güclü zəlzələ baş verib – 7,1 bal gücündə

7-07-2019, 09:03           
Kaliforniyada təkrar güclü zəlzələ baş verib – 7,1 bal gücündə

600@0Bir neçə gün ərzində Kaliforniyada 7,1 bal gücündə ikinci güclü zəlzələ baş verib. Los-Anceles yanğın departamentindən verilən xəbərə görə, hələlik zərəçəkmişlər barədə dəqiq məlumat yoxdur.

Bildirilir ki, zəlzələ yanğına səbəb olub, bəzi evlərin yeri dəyişib, özüllərdə çatlar əmələ gəlib, dayaq divardarın dağılması qeydə alınıb.

«Los Angeles Times» qəzetinin yazdığına görə, Rickrest şəhərində (Kern dairəsi) 2 min adam işıqsız qalıb.
Seysmoloji mərkəzin məlumatına görə, zəlzələ Los-Anceles şəhərinin 202 kilometrliyində baş verib, onun episentri isə 10 kilometr dərinlikdə yerləşib.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru