ABŞ-ın Florida ştatındakı ticarət mərkəzində partlayışdan xəsarət alanların sayı 23 nəfərə çatıb

7-07-2019, 09:32           
ABŞ-ın Florida ştatındakı ticarət mərkəzində partlayışdan xəsarət alanların sayı 23 nəfərə çatıb
Floridanın The Fountains ticarət mərkəzində baş verən partlayışda xəsarət alanların sayı 23 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə CBC məlumat yayıb.

Şəhərin yanğınsöndürmə bürosunun nümayəndəsi Coel Qordonun məlumatına görə, hadisə zamanı ölən yoxdu.

O, hadisənin səbəbi barədə heç bir məlumatın olmadığını diqqətə çatdırıb.

21:50

Floridadakı bir ticarət mərkəzində partlayış nəticəsində 20 nəfər çox ciddi xəsarət alıb.

"Report" TASS-a istinadən xəbər veriri ki, bu barədə Planteysn polisi Associated Press-ə məlumat verib.

Partlayış Planteyşn şəhərində The Fountains ticarət mərkəzində baş verib. Binaya ciddi ziyan dəyib.

Hadisə yerinə polis əməkdaşları və xilasedicilər cəlb olunublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru