Tərcüməçi funksiyası olan “maus” hazırlandı

8-07-2019, 15:14           
Tərcüməçi funksiyası olan “maus” hazırlandı
“Lenovo” şirkəti real vaxt rejimində səsli daxiletməni və bir dildən başqa dilə tərcüməni dəstəkləyən yeni “maus” təqdim edib.

Teref.az yazır ki, ted.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən “maus”un qiyməti təxminən 43 dollardır.

“Lenovo” şirkətinin ağıllı mausu, Çinin “Keda Xunfei” startapının həlli olan danışığın tanınması texnologiyasından istifadə edir. Nəticədə maus səsli daxiletməni dəstəkləyir və danışığı bir dildən başqa dilə tərcümə edir. Hələ ki, səs interfeysi yalnız Çinin müxtəlif dialektlərini və ingilis dilini dəstəkləyir. Sözügedən qurğu danışığı fransız, yapon, alman və başqa 26 dilə tərcümə edə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru