Polis şəhid xanımının bölməyə hücumunun görüntüsünü yaydı - VİDEO

9-07-2019, 18:14           
Polis şəhid xanımının bölməyə hücumunun görüntüsünü yaydı - VİDEO
Sosial şəbəkələrdə Xətai Rayon Polis İdarəsinin (RPİ) 36-cı Polis bölməsində şəhid ailəsinə təzyiq edilməsi ilə bağlı yayılan məlumatdan sonra Daxili İşlər Nazirliyi hadisənin başvermə anını əks etdirən görüntüləri paylaşıb.

Faktor.az xəbər verir ki, görüntülər Nazirliyin rəsmi "Facebook” hesabında yayımlanıb.

Videodan görünür ki, Xətai rayonunda yaşayan Arzu Əliyeva oğlu Qorxmaz Cahangirovun saxlanıldığı bölməyə gələrək, orada polislərə təzyiq göstərib. Qadın polis əməkdaşlarından birinə hücum edib və onun üzünə şillə vurub.

Bununla da ürəyi soyumayan A.Əliyeva bölmənin qapısının şüşəsini sındırıb.

Nazirlikdən bildirilib ki, Arzu Əliyevanın oğlunun əsassız olaraq bölməyə aparılması və ailə üzvlərinə qarşı təzyiq və xəsarət yetirilməsi ilə bağlı iddiaları həqiqəti əks etdirmir, baş verənləri gizlətmək məqsədi daşıyır












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru