Bakıda dördqat Avropa çempionu intihar edib – YENİLƏNİB

10-07-2019, 01:15           
Bakıda dördqat Avropa çempionu intihar edib – YENİLƏNİB
APA-nın məlumatına görə, hadisə Nizami rayonu, Elşən Süleymanov küçəsində baş verib.

2001-ci il təvəllüdlü Məmmədzadə Aynur Əfqan qızı yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. A.Məmmədzadə xəstəxanada dünyasını dəyişib.

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Qeyd edək ki, A.Məmmədzadə akrobatika üzrə dörtqat Avropa çempionudur.

***

Bakıda intihar hadisəsi baş verib.

APA-nın məlumatına görə, Nizami rayon Elşən Süleymanov küçəsində 2001-ci il təvəllüdlü Məmmədova Aynur Əfqan qızı yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. 18 yaşlı qız 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır, onun hansı səbəbdən intihar etməsi məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru