İndoneziya son 15 ildə 30 min hektardan çox torpaq itirib

11-07-2019, 07:30           
İndoneziya son 15 ildə 30 min hektardan çox torpaq itirib
İndoneziya son 15 ildə 30 min hektardan çox torpaq itirib. “Report” xəbər verir ki, bu barədə Jakarta Post qəzeti yayıb. Qeyd olunub ki, buna səbəb son 15 ildə baş verən iqlim dəyişikliyi və Manqrov ağaclarının qırılmasıdır. Nəticədə ölkə ərazisində mövcud olan sahillər eroziyaya uğrayır.

Qeyd olunub ki, ən çox eroziya yaşayanan sahələr Yava adasının orta və şərq bölgələri, Sulavesi adasının isə şimal-şərq hissəsidir. Bu yerlərin bəzi sahələrində dəniz plajları ildə 4 metr en itirir.

İtirilən ərazilərin ölçüsü dövlətin paytaxtı ilə müqayisə edilə bilər. Ölkə üçün bu çox həyəcanverici bir siqnaldır, çünki əhalinin təxminən 60% -i sahildə yaşayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru