Putinin sabiq təlimçisi helikopter qəzasında həlak olub - FOTO - VİDEO

15-07-2019, 07:19           
Putinin sabiq təlimçisi helikopter qəzasında həlak olub - FOTO - VİDEO
Rusiyanın Yüngül Aviasiya Federasiyasının rəhbəri İqor Nikitin Moskva yaxınlığındakı Solneçnoqorskda "Robinson" helikopterin insərt enişi zamanı həlak olub.

Bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, İ.Nikitin ölkə prezidenti Vladimir Putinin uçuşa hazırlığı ilə məşğul olub. 2012-ci ildə 63 yaşlı təyyarə konstruktoru Vladimir Putini yüngül deltaplanda uçmağı öyrədib.

Rusiya lideri 2012-ci ildə Asiya - Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti ərəfəsində "Ümid uçuşu" sınağında iştirak edib.

Qəza zamanı ümumilikdə iki nəfər həlak olub.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru