İsveçdə göyərtəsində 9 nəfər olan təyyarə qəzaya uğradı

15-07-2019, 10:57           
İsveçdə göyərtəsində 9 nəfər olan təyyarə qəzaya uğradı
İsveçdə göyərtəsində 9 nəfər olan təyyarə qəzaya uğrayıb.

“Rossiya 24” kanalı xəbər verir ki, baş verən qəzada kiçik idman təyyarəsinin bütün sərnişinləri həlak olub.

İlkin məlumata əsasən, qəza təyyarənin havaya qalxmasından təqribən 40 dəqiqə sonra baş verib.

Qəza şahidlər tərəfindən lentə alınıb.

Qeyd edək ki, İsveç polisinin yaydığı məlumata əsasən, təyyarənin göyərtəsində olan insanlar paraşütizm ilə məşğul olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru