Müəllim 26 yaşlı qızını vəhşicəsinə öldürdü – DƏHŞƏTLİ CİNAYƏT

16-07-2019, 19:54           
Müəllim 26 yaşlı qızını vəhşicəsinə öldürdü – DƏHŞƏTLİ CİNAYƏT
Türkiyədə baş verən dəhşətli cinayət bütün ölkəni silkələyib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Kilis rayonunda qeydə alınıb.

Orada yaşayan və müəllim işləyən Mehmet Kurtoğlu 26 yaşlı qızı Çiğdem Kurtoğlunu vəhşicəsinə döyüb və boğaraq öldürüb.

Qaziantepdə yaşayan qadın atasıgilə qonaq gedib. Orada naməlum səbəblərdən ata ilə qızı dalaşmağa başlayıb.

Əsəblərinə hakim ola bilməyən müəllim qızını döyməyə başlayıb. O, qızı vəhşicəsinə döydükdən sonra onu boğub.

Qadının öldüyünü görən kişi polisə zəng vurub. Polis və həkimlər gəldikdə qadının öldüyünü görüblər.

Polislər qızını öldürən müəllimi həbs ediblər. Hadisə qısa müddətdə Türkiyə mətbuatının və sosial şəbəkələrin müzakirə mövzusuna çevrilib.

Məktəb müəlliminin ərdə olan qızına qarşı belə zorakılıq etməsi böyük etirazlara səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru