“AMEA-nın professoru” seçilən alimlərin adları açıqlandı –SİYAHI

18-07-2019, 00:00           
“AMEA-nın professoru” seçilən alimlərin adları açıqlandı –SİYAHI
“AMEA-nın professoru” adını almaq üçün elan olunan müsabiqədə ölkənin elmi və ali təhsil müəssisələrindən 24 elmlər doktoru iştirak edib.

Teref.az “Report”a istinadla xəbər verir ki, onların arasından namizədlərin müəyyən olunması üçün AMEA-nın müvafiq elmi bölmələrinin ümumi yığıncaqlarında seçkilər keçirilib və gizli səsvermə yolu ilə seçilən namizədlər AMEA Rəyasət Heyətinə təqdim edilib.

Rəyasət Heyətinin üzvlərinin iştirakı ilə bu gün keçirilən seçkinin nəticələrinə əsasən aşağıda qeyd olunan alimlər “AMEA-nın professoru” adına layiq görülüblər.

№ Soyadı, adı, atasının adı İxtisas
1 Əliyev Rəşid Əvəzağa oğlu Riyaziyyat
2 Hacıbəyov Mübariz Qafarşah oğlu Riyaziyyat
3 Rzayev Rövnəq Mirzə oğlu Fizika
4 Məmmədov İbrahim Qərib oğlu Üzvi kimya
5 Rəhimov Rəvan Abdullətif oğlu Neft kimyası
6 Babayev Qulam Rüstəm oğlu Geofizika
7 Baxşəliyeva Könül Fərrux qızı Mikrobiologiya
8 Yusif-zadə Kənan Rafael oğlu Cərrahlıq
9 Şərifova Salidə Şəmməd qızı Ədəbiyyatşünaslıq
10 Əliyeva Sevinc Novruz qızı Dilçilik
11 Orucova Səhər Hidayət qızı Folklorşünaslıq
12 Paşayeva Qənirə Ələsgər qızı Siyasi elmlər
13 Qənbərov Fuad Əlinağı oğlu İqtisadiyyat












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru