Yaponiyada yanğın törədilib, 38 nəfər xəsarət alıb

18-07-2019, 07:33           
Yaponiyada yanğın törədilib, 38 nəfər xəsarət alıb
Yaponiyada animasiya studiyasında yanğın törədilib.

Bu barədə "Report" "Kiodo" agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, hadisə Kioto şəhərində baş verib. Yanğın zamanı 38 nəfər xəsarət alıb. Onlardan 10-nun vəziyyəti ağırıdır.

Qeyd edilir ki, alovlanma üçmərtəbəli binada baş verib. Binada "Kyoto Animation" şirkətinin ofisi yerləşir.

İlkin məlumata görə, yanğını bir nəfər törədib. O, hadisə yerində saxlanılıb. Şübəli şəxsin hadisəni benzin və ya kerosinlə törətdiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru