Tanınmış hakimin katibi həbs edildi - Cahangir Hacıyevlə eyni kameradadır

5-09-2019, 20:40           
Tanınmış hakimin katibi həbs edildi - Cahangir Hacıyevlə eyni kameradadır
Bakı Ağır Cinayətlər Məhkəməsinin tanınmış hakiminin katibi həbs edilib. Criminal.az xəbər verir ki, uzun illər məhkəmə iclas katibi işləmiş Elman Məlikov artıq Kürdəxanı həbsxanasına göndərilib. O, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevlə eyni kamerada saxlanılır.
Əldə edilən ilkin məlumata görə, E.Məlikov Bakı Ağır Cinayətlər Məhkəməsinin başqa hakimi Faiq Qəniyevin icraatında baxılan ölüm işi ilə bağlı tərəflərdən birindən işi həll edəcəyini vəd verərək külli miqdarda pul alıb. Lakin işi həll etmədiyindən onun əməlinin üstü açılıb. Məsələdən xəbər tutan Ə.Abbasov və məhkəmə rəhbəri onu dərhal işdən azad edib.
Həbsindən bir müddət əvvəl E.Məlikov Criminal.az saytına barəsində yayılan xəbərləri qarayaxma adlandırmışdı: "19 il məhkəmədə qüsursuz işləmişəm. Məhkəmədən isə öz istəyimlə ayrılıb başqa işə keçmişəm".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru