İsgəndər Həmidov ürək əməliyyatından çıxdı- FOTO

7-09-2019, 00:23           
İsgəndər Həmidov ürək əməliyyatından çıxdı- FOTO
Sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının təsisçisi İsgəndər Həmidov sentyabrın 6-da Türkiyənin “Gülhanə” hərbi Tibb Akademiyasında açıq ürək əməliyyatı keçirib.

Gununsesi.org-un verdiyi xəbərə görə, bu barədə İ.Həmidovun hərəkat yoldaşları sosial şəbəkədə xəbər veriblər. Məlumata görə, İsgəndər Həmidovun əməliyyatı uğurla başa çatıb və hal-hazırda özünü yaxşı hiss edir.

Xatırladaq ki, İ.Həmidov bir müddət öncə vəziyyəti pisləşdiyindən əvvəlcə Bakıdakı xəstəxanalardan birində müalicə almış, sonra Türkiyəyə aparılmışdı.

O zaman türk həkimlər böyrəklərində və onurğasında yaranmış problem üzündən sabiq nazirin ürəyində əməliyyat aparmağa icazə verməmişdilər.

İ.Həmidovun bu ayın təxminən 10-15-i arası Azərbaycana qayıdacağı gözlənilir. Sentyabrın sonunda Azərbaycan Xalq Hərəkatının ilk qurultayının keçirilməsi planlaşdırılıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru