Müştərilərə aid poçt bağlamalarından 120 min avroluq əşya oğurlanıb

8-09-2019, 10:04           
Müştərilərə aid poçt bağlamalarından 120 min avroluq əşya oğurlanıb
“DHL” şirkətinin üç əməkdaşı müştərilərə aid qiymətli poçt bağlamalarını oğurladıqları üçün saxlanılıblar. AzEuroNews.com Almaniyada gündəlik nəşr edilən “Bild” qəzetinə istinadən xəbər verir ki, sözügedən şirkətin əslən Yunanıstan, İtaliya və Eritreyadan olan işçiləri tərəfindən təxminən 200 qiymətli bağlama açılıb və içindəki saat, mobil telefon və s. qiymətli əşyalar oğurlanıb.

Poçt bağlamalarının sahibləri tərəfindən polisə edilən müraciətdən sonra Köln polisi araşdırmaya başlayıb.

Çox keçmədən məlum olub ki, müştərilərin 200-ə qədər poçt bağlamasını açaraq oradan 75 qiymətli saat, mobil telefon və zinət əşyalarını götürənlər “DHL” şirkətinin əməkdaşları olublar.

Onlar saxlanıldıqdan sonra evlərinə baxış keçirilib və 2018-ci ilin iyun ayından müştərilərə aid paketlərdən oğurlanan qiymətli əşyalar maddi sübut kimi götürülüb. Polisdən verilən məlumata görə, oğurlanan əşyaların ümumi dəyəri təxminən 120 min avrodur.

Fakta bağlı araşdırma davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru