İranda 5 nəfər kanalizasiyaya yıxılaraq öldü

8-09-2019, 12:37           
İranda 5 nəfər kanalizasiyaya yıxılaraq öldü
İranın İsfahan vilayətində 5 nəfər kanalizasiya quyusuna yıxılıb.

Teleqraf.com-un məlumatına görə, bunu İranın İsfahan vilayəti Tibb Elmləri Universitetinin tibbi hadisələr və təcili yardım mərkəzinin direktoru Qəfur Rastin jurnalistlərə açıqlamasında deyib.

Q.Rastinin sözlərinə görə, bir nəfər quyunu qazarkən onun içərisinə yıxılıb, sonra isə digərləri onu çıxarmaq üçün bir-bir kanalizasiya quyusuna düşüblər.

Q.Rastin əlavə edib ki, 13 metr dərinliyində kanalizasiya quyusuna yıxılan 5 nəfər müxtəlif xəsarətlər və qazdan boğulma ilə həlak olublar: "26-65 yaşlar arasında olan 5 nəfər bir ailənin üzvü və ya qohumdurlar".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru