Beynəlxalq Bankın qadın əməkdaşının qətlinin bəzi təfərrüatları – YENİLƏNİB

8-09-2019, 14:06           
Beynəlxalq Bankın qadın əməkdaşının qətlinin bəzi təfərrüatları – YENİLƏNİB
Göygöldə törədilmiş qətllə bağlı bəzi təfərrüatlar məlum olub

“Report”un Qərb Mərkəzinin məlumatına görə, qətllə yetirilən Günay Cəlili Beynəlxalq Bankın Gəncə fililanda aparıcı mütəxəssis vəzifəsində çalışıb.

Onun həyat yoldaşı illər öncə xəstəlikdən dünyasını dəyişib və qadın atası və ovladları (bir oğlu və qızı -red) ilə birlikdə Üçtəpə kəndindəki ər evində (yarıtikili -red) yaşayırmış. Hadisə zamanı evdə qadınla birlikdə bibisi və övladları olub. Qətlin gecə saat 4 radələrində törədildiyi deyilir. Kənd sakinlərinin bildirdiyinə görə, Günay Cəlilinin qaldığı ev kəndin kənarında yerləşir və bu günə kimi onun haqqında heç bir pis söz, şayiə eşidilməyib.

Qeyd edək ki, cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Orxan Məmmədov qadının çalışdığı bankda mühafizəçi işləyib. O, hadisəni törətdikdən sonra qaçıb. Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən O.Məmmədovun axtarışları davam etdirilir.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

***

Göygöldə qətl hadisəsi baş verib. APA-nın yerli büronun məlumatına görə, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb. Belə ki, Gəncə sakini, 1991-ci il təvəllüdlü Orxan Məmmədov 35 yaşlı Cəlilli Günay Yusif qızını yaşadığı evdə qətlə yetirib.

Hadisə yerinə hüqüq-mühafizə orqanları cəlb olunub. Mərhumun meyiti məhkəmə tibb ekspertizasına təqdim edilib. G.Cəlillinin O.Məmmədovla birgə Beynəlxalq Bankın Gəncə şəhər filialında işlədiyi deyilir. Hadisənin səbəbləri hələlik məlum deyil.

Faktl Göygöl Rayon Prokurorluğu tərəfindən araşdırılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.