ABŞ-ın Kabildəki səfirliyi yaxınlığında partlayış olub

11-09-2019, 07:39           
ABŞ-ın Kabildəki səfirliyi yaxınlığında partlayış olub
ABŞ-ın Əfqanıstanın paytaxtı Kabildəki səfirliyi yaxınlığında güclü partlayış baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayışdan sonra siqnalizasiya işə düşüb. Siqnalizasiyanın səsi yaxınlıqdakı rayonlardan da eşidilib.

Məlumata əsasən, hələki ölənlər və yaralananlar barədə xəbər yoxdur, lakin insident nəticəsində qurbanlar ola bilər.

Xatırladaq ki, bu gün "Əl-Qaidə" terror təşkilatı tərəfindən 2001-ci il sentyabr ayının 11-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı həyata keçirdiyi silsilə terror aktlarından 18 il ötür.

Terrorçuların qaçırdığı sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpıldı. 09:03 radələrində isə Cənub qülləsi bənzər hücuma məruz qaldı. Binaların aşmasına səbəb baş vermiş güclü yanğınlar idi. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi — Pentaqonun binası da intiharçıların idarə etdikləri təyyarə tərəfindən vuruldu. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlandı. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirildi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru