Rusiyada qətldə ittiham edilən erməni öz vətənində sərbəst buraxılıb

14-09-2019, 07:39           
Rusiyada qətldə ittiham edilən erməni öz vətənində sərbəst buraxılıb
Moskva yaxınlığındakı Krasnoqorsk rayonunda fəaliyyət göstərən "Birhaus" barının sahibi, ölüm hadisəsi ilə nəticələnən kütləvi davada iştirak etməkdə şübhəli bilinən Ermənistanda Qurgen Aqanyan sərbəst buraxılıb.

"Report" xəbər verir ki, bu barədə TASS-a vəkil Narek Kostonyana istinadən məlumat yayıb.

Qeyd edilir ki, Qurgen Aqanyan Baş Kəşfyyat İdarəsinin keçmiş xüsusi təyinatlısı Nikita Belyankinin öldürüldüyü kütləvi davada iştirak etməkdə şübhəli bilinir.

Vəkilin sözlərinə görə, barın sahibi buraxılıb. Buna Rusiya tərəfinin onun həbsinin uzadılmasını tələb etməməsi səbəb göstərilir. Lakin bildirilir ki, onunla bağlı təhqiqat işi davam etdirilir.

Daha əvvəl xəbər verilib ki, Aqanyan ölüm hadisəsi ilə nəticələnən kütləvi davadan bir gün sonra Rusiyanı tərk edib. Ancaq o Ermənistanda saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru