Meksikada pirotexniki şou zamanı 12 nəfər yaralanıb 17-09-2019, 07:37 Meksikanın Verakruz əyalətindəki Halapa şəhərində baş verən pirotexniki şou zamanı ən az 12 nəfər yaralanıb.Trend-in məlumatına görə, hadisə ölkənin müstəqilliyinin elan olunmasının 209-cu ildönümünün qeyd edilməsi zamanı baş verib.Xəsarət alanlara lazımi tibbi yardım göstərilib. Facebook-da paylaş