Vilayət Eyvazov onu "Ekologiya postu"na komandir TƏYİN ETDİ

17-09-2019, 18:34           
Vilayət Eyvazov onu "Ekologiya postu"na komandir TƏYİN ETDİ
Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.

Teref.az “Report”a istinadən xəbər verir ki, idarənin Ekoloji Nəzarət Bölüyünün komandiri vəzifəsinə polis mayoru Mərdan Mehdiyev təyin edilib.

O, daha əvvəl idarəsinin 3-cü tağım komandiri vəzifəsində çalışıb.

Qeyd edək ki, Daxili İşlər naziri Vilayət Eyvazovun müvafiq əmrinə əsasən, İdarənin Ekoloji Nəzarət Bölüyünün komandiri, polkovnik-leytenant Fuad Mayılov tutduğu vəzifədən azad edilib.

V.Eyvazovun digər əmrinə əsasən, o, Sumqayıt Regional Qeydiyyat-İmtahan və texniki baxış şöbəsinin rəisi vəzifəsinə təyin olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru