NASA-nın “Hubble” kosmik teleskopu parlaq qalaktika kəşf edib

21-09-2019, 07:55           
NASA-nın “Hubble” kosmik teleskopu parlaq qalaktika kəşf edib
ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) “Hubble” kosmik teleskopu “UGC 695” adlandırılan və Cetus (Balina) bürcünün mərkəzindən 30 milyon işıq ili uzaqda yerləşən yeni parlaq qalaktika kəşf edib.

Trend-in məlumatına görə, yeni kosmik obyektin fotoşəkli NASA-nın saytında yerləşdirilib.

Bildirilir ki, “UGC 695” obyekti aşağı parlaqlıq səthi (low-surface-brightness) olan qalaktika hesab olunur. Bu cür qalaktikaların uzaqlığı və parlaqlığının az olması onların Yer kürəsindəki radioteleskoplar vasitəsilə görünməsini mümkünsüz edir. Onların şüaları bizim planetin atmosferindən keçmir. Həmin kosmik obyektlərin ətrafı qaz və toz dumanı ilə əhatə olunub. Buradakı ulduzlar da geniş kosmik fəzaya yayılıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru