Rusiyalı alimlər süni ət yetişdirməyi öyrəniblər

24-09-2019, 06:30           
Rusiyalı alimlər süni ət yetişdirməyi öyrəniblər
Artıq 2023-cü ilə Rusiya dükanlarının piştaxtasında süni ət görünə bilər. Məhsulun 5 kilosunun qiyməti 800 rubl ətrafında proqnoz edilir.

«Oçakov yeyinti inqrediyentləri kombinatı»nın (OYİK) mətbuat xidmətinin verdiyi məlumata görə, süni ətin yetişdirilməsi istiqamətində tədqiqatlar iki ildir ki, davam edir. İlk 40 qram belə məhsul 900 min rubla başa gəlib.

Süni ət yetişdirən mütəxəssislər bildirirlər ki, əsas prolem belə məhsulun satışı ilə bağlıdır – bu, hüquqi prosedurdur. Məsələ həllini taparsa, artıq 4 ildən sonra belə ət satışa çıxarıla bilər.

Alimlər inandırırlar ki, süni ət insan sağlamlığı üçün təhlükəsizdir və bu zaman onun saxlanma müddəti təbii ətlə müqayisədə iki dəfə artıq olur.

Kultivasiya olunan əti 2-3 günlük buzovun («Aberlin-anqus» cinsi) əzələ toxumasının kiçik bir hissəsindən alırlar. Hüceyrələr amin turşulardan, vitaminlərdən, duzdan, qlükozadan və s. ibarət geldə yerləşdirirlər.

«Ətin alınması prosesində həlledici məsələ əlverişli mühitin seçilməsidir. O, nəinki hüceyrələrin bölünməsini təmin etməlidir, həm də məhsula maksimal realist dad, şirəlilik, rəng və aromat verməlidir. Bu zaman mühit ən bahalı inqredientlərdən biridir və hüceyrələrin yetişdirilməsinin maya dəyərinə təsir edir» – deyə, Oçakov kombinatının Baş direktoru Aleksandr Savkov bildirib.

Böyük ehtimalla, Azərbaycanın «leş mafiyası» da yaxın zanmanlarda bu istinamətdə öz fəaliyyətini yenidən qurmağa çalışacaq və nəticədə, rusların bu «töhfəsi» bizim mağazaların rəflərini «bəzəyəcək». Ona görə də gərəkdir ki, “Qoşqarın kontoru” (QTA) indidən yeni məhsulun öyrənilməsi işlərini təşkil etsin.

Mirzə AĞ
“AzPolitika”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru