ABŞ-da kilsədə atışma olub, xəsarət alanlar var

13-10-2019, 08:02           
ABŞ-da kilsədə atışma olub, xəsarət alanlar var
ABŞ-da kilsədə atışma olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə Nyu-Qempşir ştatının Pelem şəhərində qeydə alınıb.

Şəhər polisinin rəhbəri Cozef Rork bildirib ki, silahlı insident zamanı 2 nəfər yaralanıb. Onun sözlərinə görə, hadisəni törədən şəxs ziyarətçilər tərəfindən saxlanılıb və bir neçə dəqiqə sonra kilsəyə gələn polis əməkdaşlarına təhvil verilib.

Hadisənin təfərrüatı açıqlanmır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru