Ali məktəblərdə çalışan professor və müəllimlərin sayı açıqlandı

23-10-2019, 16:05           
Ali məktəblərdə çalışan professor və müəllimlərin sayı açıqlandı
Azərbaycanda 50 ali təhsil müəssisəsi (üç universitetin səkkiz filialı da buraya daxildir) var. Onlardan 32-i dövlət, 11-i isə özəl, yeddisi xüsusi təyinatlı ali təhsil məssisəsidir. Bütün təhsil müəssisələrinin 42-si Bakı şəhərində yerləşir.

Oxu.Az-ın məlumatına görə, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib.

Azərbaycanda 163779 nəfər təhsil alır. Bu, o deməkdir ki, Azərbaycanın təxminən 1.64 faizi tələbədir.

Bu il isə Azərbaycanın ali təhsil müəssisələrinə 43480 nəfər tələbə qəbul olub. Ölkəmizdə 6100 əcnəbi tələbə təhsil alır.

Ali məktəblərdə 14800 professor və müəllim çalışır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru