Meksikada təyyarə qəzaya uğrayıb: 5 nəfər ölüb

24-10-2019, 07:45           
Meksikada təyyarə qəzaya uğrayıb: 5 nəfər ölüb
Meksikanın Miçoakan şəhərində "Cessna" markalı təyyarənin qəzaya uğraması nəticəsində ən azı beş nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə regionun Baş Prokurorluğu öz "Twitter" səhifəsində bildirib.

Qeyd edilir ki, ilkin məlumatlara görə, qəza 5 nəfərin ölümünə səbəb olub:

"Faciə Madero bələdiyyəsindəki Las-Huntas bölgəsində baş verib".

Miçoakan prokurorluğu araşdırmaya başlayıb. Qəzanın mümkün səbəbləri barədə məlumat hələ verilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru