Rus və azərbaycanlı biznesmenlərə KRİŞALIQ edən prokuror HƏBS EDİLDİ

30-12-2019, 08:20           
Rus və azərbaycanlı biznesmenlərə KRİŞALIQ edən prokuror HƏBS EDİLDİ
Rusiyanın Norilsk vilayətində prokuror səlahiyyətlərini icra edən Havaj Qutayev rüşvətxorluq və vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə həbs olunub.
Milliyətcə çeçen olan prokuror qafqazlı, o cümlədən azərbaycanlı biznesmenlərə “krışalıq” etməkdə ittiham olunur.

Teref.az xəbər verir ki, Qutayevin fəaliyyəti barədə Norilsk prokurorluğunun işçiləri Rusiya baş prokuroru Yuri Çaykaya müraciət göndəriblər. Onların müraciətinə əsasən Qutayev “Proviant” ticarət şəbəkəsinin sahibi, Azərbaycandan olan Şirvan Hacıyevə və “Okean” mağazalar şəbəkəsinin sahibi Nurəddin Ağayevə, o cümlədən digər iri biznesmenlərə “krışalıq” edirdi.



Belə ki, Qutayevin göstərişi ilə “Qalaktika” ticarət evinin fəaliyyətinin yanğın təhlükəsizliyi normalarının kobud pozulmasına görə dayandırılması barədə prokurorluğun təqdimatı geri götürülüb. Prokuror 2018-ci ilin oktyabrında keçirdiyi əməliyyat müşavirəsində “Qalaktika”da yoxlama aparan yanğın nəzarəti işçiləri barəsində cinayət işinin qaldırılmasını da tapşırıb. “Qalaktik” ticarət mərkəzinin şəriki həmin Şirvan Qaxayevdir.

Həmin ilin noyabrında Havaj Qutayev “Okean” mağazalar şəbəkəsində yoxlama aparılması barədə sanksiyanı ləğv edib. Həmin yoxlama barədə əvvəlcədən Nurəddin Ağayevə məlumat verilibmiş. Prokurorluq işçiləri hesab edir ki, bununla Qutayev əvvəlcə Ağayevin “üzərinə gedib”, sonra ondan “otkat” alıb... (Virtualaz.org)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.