Avstraliyada köpək balığı dalğıcı öldürüb

6-01-2020, 00:13           
Avstraliyada köpək balığı dalğıcı öldürüb
Avstraliyada köpək balığı dalğıcı öldürüb.

APA-nın “news.com.au” saytına istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 13.30 radələrində Şərqi Avstraliya ştatında, Kall adasındakı Esperanse şəhəri yaxınlığında baş verib.

Böyük ağ köpək balığı qayığın yaxınlığında su dalan dalğıca hücum edib. Xilasetmə xidməti hazırda Şərqi Avstraliya polisi ilə birlikdə köpək balığının hücumu nəticəsində ölümlə nəticələnən hadisəni araşdırır, ölən kişinin meyiti axtarılır.

Qayıqda olan və köpək balığının kişiyə hücumundan şoka düşən qadın isə xəstəxanaya yerləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru