Azərbaycanda paltarına od düşən qadın öldü - VİDEO

6-03-2020, 11:07           
Azərbaycanda paltarına od düşən qadın öldü - VİDEO
Ehtiyyatsızlıq yaşlı qadını canından etdi.

Teref.az-ın xəbərinə görə, hadisə Lənkəranda, daha dəqiq isə, Şirəli Məmmədov küçəsi ev 12 ünvanında qeydə alınıb.

Adı çəkilən ünvanda yaşayan 62 yaşlı Ziba Fətullayeva ehtiyatsızlıqdan paltarını yandırıb.

Belə ki, qadının paltarının ətəyi evdə quraşdırılmış qaz sobasına ilişib və arxa hissədən yanmağa başlayıb.

Bundan bir az gec xəbər tutan yaşlı qadın müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. O, təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanada Ziba Fətullayevaya bütün bədən səthinin üçüncü-dördüncü dərəcəli termiki yanığı diaqnozu qoyulub.

Həkimlər tərəfindən göstərilən yardımlara baxmayaraq, qadın dünyasını dəyişib.Oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru