Helikopterlər vasitəsiylə atırlar - ABŞ sahillərində BÖYÜK HƏYƏCAN YAŞANIR (FOTOLAR)

7-03-2020, 09:57           
Helikopterlər vasitəsiylə atırlar -
ABŞ-ın San-Fransisko şəhəri sahillərində dayanan sərnişin gəmisinin koronavirus səbəbiylə sahilə yaxınlaşmasına hələki icazə verilmir.

Publika.az xəbər verir ki, gəmidəki sərnişinlərdən biri-71 yaşlı şəxsin gəmini tərk etməsindən sonra koronavirus səbəbiylə həyatını itirməsi, nəqliyyat vasitəsinin karantin altına alınmasına səbəb olub. Bu səbəblə gəminin marşrutu ləğv edilib. Gəminin göyərtəsində 2383 sərnişinin və 1100 heyət üzvünün olduğu bildirilir.

Təhlükə səbəbiylə gəmiyə yaxınlaşmağa icazə verilmir. Yalnız xüsusi icazə əsasında müayinələrin aparılması üçün bir neçə həkimin gəmiyə daxil olmasına icazə verilib. Hətta test üçün müayinə cihazları helikopterlər vasitəsiylə gəmiyə atılır.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru