Üz qabığı insan dərisindən olan albom satışa çıxarıldı - ŞƏKİL

7-03-2020, 17:06           
Üz qabığı insan dərisindən olan albom satışa çıxarıldı - ŞƏKİL
Polşada üz qabığı insan dərisindən olan albom satışa çıxarılıb.

Teref.az oxu.az-a stinadən xəbər verir ki, albom İkinci Dünya Müharibəsi dövründə alman düşərgəsində hazırlanıb.

Belə ki, kolleksiyaçı içərisində müxtəlif açıqca və mənzərə şəkilləri olan fotoalbom alıb. O, albomun üz qabığında döymə və insan saçı aşkar edib.

Eyni zamanda, albomdan kəskin qoxu gəlib.

Kolleksiyaçı albomu "insanlığa qarşı cinayətlərin şərtsiz sübutu" olaraq, Auşviç-Birkenay Dövlət Muzeyinə verib.

Mütəxəssislər hesab edirlər ki, albom Almaniyada kütləvi edam və insanlara qarşı amansız təcrübələri ilə tanınan Buhenvald düşərgəsində öldürülmüş məhbusun dərisindən hazırlanıb.

Muzeyin kolleksiya bölməsinin müdiri Elzbieta Kayzerin araşdırma zamanı albomun hər iki üz qabığının eyni emalatxanada hazırlandığının məlum olduğunu deyib.

Muzeydə Holokost qurbanlarının dərisindən hazırlanmış bir kitab da var.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.