SON DƏQİQƏ: Moskvada bir ailə nəzarətə götürüldü - Həmyerlilərimiz hərəkətə keçdi

8-03-2020, 00:00           
SON DƏQİQƏ: Moskvada bir ailə nəzarətə götürüldü -
Koronavirusa yoluxan qız və ailəsi Moskva vilayətində xəstəxanaya yerləşdirilib.

KONKRET.az rus mediasına istinadən xəbər verir ki, xəstələrin vəziyyəti kafidir.

Moskva vilayətinin Səhiyyə Nazirliyinin məlumatına görə, qız bu yaxınlarda Sürixdən qayıdıb, bundan sonra onda koronavirus təsdiqlənib. İndi ailənin təmas etdiyi şəxslərin dairəsi müəyyənləşdirilir.

Qeyd edək ki, koronavirusa görə şübhəli bilinən bütün ailələrin karantinə alınması xəbəri azərbaycanlılar arasında təşviş yaradıb. KONKRET.az-a adının açıqlanmasını istəməyən iş adamının sözlərinə görə, onlar ailələrini kütləvi yerlərə getməkdən çəkindiriblər. Hazırda bu virusa yoluxmamaq üçün azərbaycanlı ailələr tərəfindən lazım olan bütün tədbirlər görülür.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.