Azərbaycanda əcnəbi sürücü sükan arxasında öldü

13-03-2020, 01:48           
Azərbaycanda əcnəbi sürücü sükan arxasında öldü
Azərbaycanda əcnəbi sürücü sükan arxasında ölüb.

Yeniavaz.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Xaçmaz-Xudat yolunda baş verib.

Belə ki, 1966-cı il təvəllüdlü Belarus vətəndaşı Pronin Gennadey TIR markalı yük avtomobilini idarə edən zaman özünü pis hiss edib. Bu zaman maşını yol kənarında saxlayan əcnəbi sürücü ürək tutmasından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.