Cənubi Koreyada koronavirusa yoluxanların sayı 10,2 min nəfərə çatdı

6-04-2020, 07:59           
Cənubi Koreyada koronavirusa yoluxanların sayı 10,2 min nəfərə çatdı
Cənubi Koreyada koronavirusa daha 47 yoluxma aşkarlanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzi bildirib.

Qeyd edilir ki, bununla da ölkədə koronavirusa yoluxma halları 10 284-ə çatıb.

Qeyd edək ki, bu, 20 fevraldan indiyədək ölkədə COVD-19 infeksiyasına gün ərzində ən az yoluxma sayıdır. Ölkədə virusun yayılmasının pik həddi həmin vaxt başlayıb.

Mərkəzin məlumatına görə, ölkədə yeni virusdan ölənlərin sayı daha 3 nəfər artıb. Bununla da Cənubi Koreyada pandemiya qurbanlarının sayı 186-ya çatıb.

Ötən gün ərzində xəstəxanalardan 135 nəfər evə buraxılıb. Cənubi Koreyada koronavirusun yayılmasının başlanğıcından bu günə kimi ümumilikdə 6 598 insan sağalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru