İcra başçısı məktəb direktorunu özünə müavin TƏYİN ETDİ

6-04-2020, 17:38           
İcra başçısı məktəb direktorunu özünə müavin TƏYİN ETDİ
Hacıqabul rayon İcra Hakimiyyəti başçısı özünə yeni müavin təyin edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Rüstəm Xəlilov müvafiq əmri ilə, Məmmədova Xuraman Baba qızı icra hakimiyyəti başçısının müavini – İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri təyin olunub.O, bu təyinata qədər Hacıqabul rayon 10 nömrəli məktəbin direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, bir müddət öncə Rüstəm Xəlilovun əmri ilə, Hacıqabul rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Səmədov Əslan Əflan oğlu və müavini – İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Yunuslu Zeynab Nüsrət qızı tutduqları vəzifədən azad edilmişdilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru