Kanadada koronavirusa yoluxanların sayı sürətlə artır

7-04-2020, 08:15           
Kanadada koronavirusa yoluxanların sayı sürətlə artır
Son sutka ərzində Kanadada koronavirusa yoluxanların sayı 1,1 mindən çox artaraq 16,667 nəfər təşkil edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

Hazırda 336 mindən çox insan koronavirus üçün testdən keçib. Ən çox yoluxanlar Kvebek (8580), Ontario (4347) və Alberta (1348) vilayətlərində aşkar olunub.

Nazirlik qeyd edib ki, pandemiya başlayandan bəri 702 nəfər xəstəxanaya yerləşdirilib.Onlardan 204 nəfər reanimasiyaya yerləşdirilib, qalanları evdə müalicə olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.