Koronavirusun yeni əlamətləri aşkarlandı

12-04-2020, 09:20           
Koronavirusun yeni əlamətləri aşkarlandı
Çində koronavirusa yoluxmuş bəzi insanlarda nevroloji əllamətlər müşahidə olunub.

Teref.az-ın xəbərinə görə, bu barədə “JAMA Neurology”da dərc edilmiş tədqiqatda Çin alimləri bildirib.

Mütəxəssislər koronavirusun yayılmasının episentri olmuş Uhan şəhərinin 214 xəstə sakini haqqında məlumatları araşdırıblar. Məlum olub ki, virusa yoluxmuş bütün xəstələrin 36 faizində (ağır xəstələrin isə 46 faizində) aydın olmayan nitq, həmçinin beyində qan dövranının pozulması, şüur pozğunluğu və əzələ zəifliyi aşkarlanıb.

Bu halda xəstələr daha əvvəl koronavirusun öskürək, baş ağrısı və yüksək temperatur kimi məlum simptomlarını hiss etməyə davam edirdilər.Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru