Əfqanıstanda daha 100 "Taliban" tərəfdarı azadlığa buraxılıb

12-04-2020, 10:33           
Əfqanıstanda daha 100 "Taliban" tərəfdarı azadlığa buraxılıb
Əfqanıstan Prezidenti Əşrəf Qəninin imzaladığı fərmanla daha 100 "Taliban" tərəfdarı azadlığa buraxılıb.

APA-nın “TOLOnews” telekanalına istinadən verdiyi məlumata görə, taliblər sağlıq durumları, yaşları və həbs müddətlərinin qalan hissəsi nəzərə alınmaqla azad ediliblər.

Taliblərin ilk iki partiyası çərşənbə və cümə axşamı azad ediliblər.

Qeyd edək ki, fevralın 29-da Dohada ABŞ və "Taliban" arasında sülh sazişi imzalanıb. Martın 10-da Əfqanıstan daxilində müzakirələr başlamalı idi. Razılaşmaya əsasən, 5 min "Taliban" tərəfdarı və "Taliban"nın saxladığı 1000 nəfər azadlığa buraxılmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru